Türkiyə Kütahya vilayətinin Simav rayonunda Türkiyə vətəndaşı ilə ailəli olan ukraynalı Svetlana Torqaşova İslam dinini qəbul edib. “Yeni Cami” məscidində Simav müftisi Muhamməd Aydının rəhbərliyi ilə kəlimeyi-şəhadət gətirən Svetlana Torqaşov adını da Sevda olaraq dəyişdirib.
Mufti Aydın bunun, son bir ayda ikinci İslam dinini qəbul etmə hadisəsi olduğunu deyib. Müftinin sözlərinə görə, bir müddət əvvəl də Ukrayna əslli Natalya Tereşçenko da kəlimeyi-şəhadət gətirərək müsəlman olub.
İHA