ŞUŞA, ZƏNGİLAN, AĞDAM MƏSCİDLƏRİNDƏ OLUBLAR? ERMƏNİLƏR ORADA DONUZ SAXLAYIRDILAR”

0

“Azərbaycanda bütün dinlərin abidələri qorunur.” Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarını dəyərləndirdiyi müraciətində deyib. Ölkə prezidenti bildirib ki, daha əvvəl heç bir beynəlxalq təşkilat o  bölgəyə getməyib.

“Müharibə haqqında həqiqətləri, dağıdılmış şəhərlər, kəndlər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq. Halbuki bizim o kəndlərə, şəhərlərə getmək imkanımız yox idi. Heç bir beynəlxalq təşkilat oraya getmirdi. UNESCO, hansı ki, bu gün bizə irad tutmağa çalışır, guya biz erməni dini abidələrini burada qoruya bilməyəcəyik. Halbuki bu, yalandır. Azərbaycanda bütün dinlərin abidələri qorunur. Bir dəfə gedib o torpaqlara? Bir dəfə Şuşa məscidində olub? Zəngilanda dağıdılmış məsciddə olub? Ağdam məscidində olub? Orada ermənilər donuz, inək saxlayırdılar. İndi bizə irad tuturlar.” – deyə prezident İlham Əliyev müraciətində bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KRAL NƏCAŞİNİN TÜRBƏSİ BƏRPA EDİLƏCƏK

Efiopiyada (Həbəşistan) daxili insidentlər nəticəsində dağıntılara məruz qalmış kral Nəcaşinin (ra) türbəsi bərpa ediləcək. Bu barədə, “Efiopiya irsini araşdırma və...

Bağla