BİR MÜSƏLMAN KİMİ XOŞBƏXT ADAMAM Kİ, MÜQƏDDƏS KƏBƏNİN İÇİNDƏ DUA ETMİŞƏM

0

“Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq.”

Bu sözlər Azərbaycan prezidenti İlham Əliyevin adını daşıyan sosial şəbəkə səhifəsindəki paylaşımda yazılıb. Paylaşımda prezident İlham Əliyevin Heydər Məscidinin həyətində çəkilmiş fotosuna da yer verilib.

“Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq. Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm.” – deyə paylaşımda qeyd edilib.

Bir ayakta, açık hava ve anıt görseli olabilir

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA RAMAZANIN BAŞLAMASI BARƏDƏ FƏTVA VERİLDİ

Aprelin 9-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib. İdarənin mətbuat xidmətindən verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam...

Bağla