Ortodoks yəhudilərindən olan “Neturey Karta” icmasının bir qrup üzvü, İsral tərəfindən evi uçurulan fələstinli ailəyə dəstək verib.
Qrup üzvləri Şərqi Qüdsün İsəviyyə məhəlləsində fevralın 22-də evi uçurulan Fadi İleyyan və ailəsini ziyarət edib.
Onlar ziyarət vaxtı Fələstin şərfi taxıb və Fələsti bayrağı açıblar. Həmçinin əllərində, “Sionist devlət (İsrail) yəhudiləri və yəhudiliyi təmsil etmir” yazılmış şüar olan qrup üzvləri, fələstinli ailəyə məxsus evin uçurulmasına da etirazlarını bildiriblər.
Qeyd edək ki, İsrail qüvvələri fevralın 22-də Məscidi Əqsa təhlükəsizlik xidmətinin rəisi Fadi İleyyanın evinin sənədsiz olduğunu iddia edərək uçurub.