Allah-təala, ona qarşı işlənən xəta və günahları bağışladığı halda qul haqqını xaric tutur. Bağışlamağı haqq sahibinin özünə həvalə edir.
İnsanın üstündə Allahın haqqı olduğu kimi qulların da haqları vardır. Allah hər insana bir sıra haqqlar və nemətlər bəxş etmişdir. Bunlara qarşı edilən hər hansı bir haqqsızlıq qarşılıqsız qalmaz və ona uyğun cəza verilər.
Məsələn, birinin canına vəya malına zərər vermək, şərəf və ləyaqətini ləkələmək, zarafatla da olsa ürəyini qırmaq və qorxutmaq, aldatmaq, rüşvət alıb-vermək, borcunu gecikdirmək kimi xüsuslar qul haqqına girməkdir. Allah-təala, insanlara qul haqqına girməyi qadağan edərək belə buyurur:
“Mallarınızı aranızda haqsızlıqla yeməyin və xalqın malından bir qismini bilə-bilə günah yolu ilə yemək üçün onu (malınızı) hakimlərə (rüşvət olaraq) verməyin!” (Bəqərə, 188)
Qul haqqını yeməyin ən təhlükəli növü, dövlət və vəqf malı kimi insanların ortaq haqqı olan şeyləri haqsız yerə qəsb edərək işlətməkdir. Bu ortaq haqqa qarşı edilən haqsızlıq, fərdi haqlara qarşı edilən haqsızlığa görə daha təhlükəlidir. Ancaq sonda peşman olunsa belə bütün haq sahiplərindən halallıq almaq mümükün deyildir.
Dr. Murat Kaya