BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ İLK DƏFƏ ŞƏRİƏTİN ƏSASLARINI TƏDRİS EDƏN ONLAYN KURSLAR YARADILIB

0

Dubayda yerləşən “Dar Əl Ber” xeyriyyə fondu İslam şəriətinin və müsəlmanların hüquq normalarını ödənişsiz öyrənmək istəyənlər üçün “Əl Ber” onlayn platformasını istifadəyə verib.

Bu proqram İslamın əsas dəyərlərinin dünyada təşviqinə yönəlib. “Əl Ber” elektron təhsil platforması bütün dünyadan şəriət və müsəlman hüququ ilə maraqlanan insanlar üçün intensiv və orijinal kurslar təklif edir. Dərslər ərəb və ingilis dillərində təqdim olunur, tədris proqramı isə müqəddəs Qurani-Kərim əsasında hazırlanıb.

“Dar Əl Ber” cəmiyyətinin baş direktoru Abdulla Əli bin Zayed bildirib ki, intellektual onlayn platformasının yaradılmasına yüksəksəlahiyyətli islamşünas alimlər cəlb olunub. Alimlər bilik və təcrübələrini həm Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, həm də dünyanın hər yerindən olan xaricilərlə bölüşəcəklər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AVSTRALİYADA HİCABLI QADINLAR 8 MARTDAN NECƏ İSTİFADƏ ETDİLƏR?

Planetin bir çox ölkələrində Beynəlxalq Qadınlar Günü qeyd olunduğu bir vaxtda Avstraliyanın şimalında yaşayan müsəlman qadınlar bu dünyəvi tarixdən faydalanaraq...

Bağla