Birol Akgün: Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi” dostluğumuzun əbədi nişanəsidir

0

Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi” Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman Türkiyəyə dəstək olduğu kimi, Türkiyə də daim Azərbaycanın yanında olacaq:

“Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq. Qarabağda gedən bərpa-quruculuq işlərini də dəstəkləyirik. Əlimizdən gələni etməyə hazırıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XANKƏNDİDƏ ZƏFƏR PARKININ TƏMƏLQOYMA MƏRASİMİ OLUB

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat...

Bağla