BİROL AKGÜN: XOCALI SOYQIRIMI TARİXƏ QARA LƏKƏ KİMİ DÜŞÜB

0

Xocalı soyqırımı törədilən vaxt əsir götürülən və ilkin düşmüş çoxlu sayda Azərbaycan vətəndaşı olub. Bu hadisə tarixə qara ləkə kimi düşüb.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

“Şəhidlərimizin ağrılarını qəlbimizdə hiss edirik. Bu, erməni silahlıları tərəfindən törədilən və günahsız 613 insanın ölümü ilə nəticələnən soyqırımı hadisəsidir. Həmin gün əsir götürülmüş, itkin düşmüş çoxlu sayda Azərbaycan vətəndaşı var. Bu hadisə tarixə qara ləkə kimi düşüb. Şəhidlərə Allahdan rəhmət, Azərbaycan xalqına isə səbr diləyirik”, – diplomat qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ XİN: AZƏRBAYCANIN AĞRISINI QƏLBİMİZDƏ DAŞIYIRIQ

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Bu barədə nazirlik məlumat yayıb. "Düz 33 il əvvəl Xocalıda...

Bağla