BMT: 2022-Cİ İLDƏ 100 MİLYONDAN ÇOX İNSAN DİDƏRGİN DÜŞÜB

0

2022-ci ildə iğtişaşlar, təzyiq və təbii fəlakətlər nəticəsində dünyada yaşadığı yerdən didərgin düşənlərin sayı 100 milyonu ötüb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (UNDP) paylaşdığı cari ilə dair hesabatda məlumat verilib. UNDP-nin hesabatında ötən il və cari ilə didərgin düşənlərə dair statistik məlumatlar verilib.

Buna görə iğtişaşlat, təzyiq, zorakılıq, təbii fəlakətlər və s. bu kimi səbəblərdən yaşadığı yerdən didərgin düşənlərin sayı 2021-ci il sonu etibarilə 59.1 milyon nəfər olub. Rusiya-Ukrayna müharibəsinin başlaması ilə cari ildə bu rəqəm 100 milyonu ötüb.

Didərgin düşənlərin böyük əksəriyyəti əsas ehtiyaclarını qarşılaya bilmirlər və iş, səhiyyə, təhsil kimi təməl hüquqlardan da məhrum olurlar.

Hesabatda həmçinin, iqlim dəyişikliklərinin neqativ təsirləri səbəbindən 2050-ci ilə doğru didərgin düşənlərin sayının 216 milyona çatacağı proqnozlaşdırılıb.

UNDP rəsmisi Luka Renda Ukraynada baş verən müharibə səbəbindən didərgin düşənlərin sayının 6.5 milyon artdığını qeyd edib.

“Didərgin düşmək artıq qlobal böhran səviyyəsinə çatıb. Bu görünməyən böhranın səbəblərindən biri də inkişaf üçün ayrılan yardımlardakı boşluqlardır.” – deyə Renda bildirib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNGİLTƏRƏDƏ MÜSƏLMAN ƏHALİNİN SAYI ÇOXALIB

Böyük Britaniyada (İngiltərə və Uels) ilk dəfə ölkə əhalisinin yarısından azı özünü xristian hesab edib. Bu barədə İngilərə Milli Statistika...

Bağla