BMT-nin baş katibi Antoniu Quterreş İsrail qoşunlarının Rəfahda hərbi əməliyyat keçirmə ehtimalının yüksək olmasından ciddi narahatdır.
Bu barədə beynəlxalq təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.
“Baş katib Rəfahda genişmiqyaslı hərbi əməliyyatın qaçılmaz ola biləcəyinə dair əlamətlərdən ciddi narahatdır. Biz artıq insanların hərəkətlərini müşahidə edirik – onların bir çoxu çıxılmaz humanitar şəraitdədir və artıq dəfələrlə anklavda yerlərini dəyişmək məcburiyyətində qalıblar”, – məlumatda deyilir.
Bundan əlavə, baş katibin Ofisi beynəlxalq təşkilatın Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı həm İsrail hökumətinə, həm də HƏMAS rəhbərliyinə saziş bağlamaq üçün lazımi əlavə güzəştlər etmək çağırışını xatırladıb.
Report