BMT-DƏN ROHİNCA MÜSƏLMANLARI BARƏDƏ XƏBƏRDARLIQ: “NARAHATIQ!”

0

Birləşmiş Millətlər Təşkilatının (BMT) İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsi (CERD) Rohinca müsəlmanlarına qarşı rəftarla bağlı bəyanat yayıb.

“Hindistan Rohinca müsəlmanlarına qarşı irqi ayrı-seçkiliyə, məcburi deportasiyalara və özbaşına həbslərə son qoymalıdır”, – bəyanatda deyilir.

Bəyanatda həmçinin zorla deportasiya edilərək Myanmaya qaytarılacaq Rohinca müsəlmanlarının insan hüquqları pozuntularına məruz qalma riskinin olduğu bildirilib, siyasətçilər və məşhur insanlar da daxil olmaqla Rohinca müsəlmanlarına qarşı geniş yayılmış irqi nifrət və zərərli yanaşmalar barədə məlumatların artdığı qeyd edildi.

“Biz Rohinca müsəlmanlarının, o cümlədən uşaqların qeyri-adekvat şəraitdə, bəzi hallarda lazımi prosedur və ya qanuni təmsilçiliyə çıxışı olmadan özbaşına, kütləvi şəkildə saxlanması ilə bağlı xəbərlərdən narahatıq”. Bəyanatda qeyd edilib.

O, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya üzv olan ölkələri bu əməlləri pisləməyə və onların araşdırılmasını və lazımi qaydada cəzalandırılmasını təmin etməyə çağırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKI İLAHİYYAT KOLLECİNİN YENİ LOQOSU QƏBUL EDİLİB

Dini fəaliyyətin təşkili sahəsində ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 8 dekabr 2023-cü il tarixli müvafiq qərarı ilə...

Bağla