Yaşadığı yerdən didərgin düşən insan sayına görə Suriya birinci yerdədir.
Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) Bsş katibliyinin yaydığı hesabatda bildirilib.
“Suriyada yaşadığı yerdən didərgin düşənlərin sayı təqribən 6.9 milyondur. Bu, dünyada didərgin düşən ən böyük insan sayıdır. Bu insanlar əsas ehtiyaclarının qarşılanması məsələsin böyük məhrumiyyətlər yaşayırlar. Ölkədə davam edən müharibə və infrastrukturun olmaması səbəbindən əhalinin 90%-i kasıblıb həddinin altında yaşayır. Daha da pisləşən ictimai və iqtisadi vəziyyətin yoxsulluq səviyyəsini artıracağı gözlənilir. ” – deyə hesabatda bildirilir.
Hesabatda həmçinin bildirilib ki, ölkə əhalisinin yarısından çoxu ərzaq təhlükəsizliyindən əziyyət çəkir və buna görə də Suraya dünyada ən təhlükəli ölkələr arasındadır.