BMT FƏLƏSTİNİN İSRAİLƏ QARŞI İLK QƏTNAMƏSİNİ QƏBUL EDİB

0

BMT Baş Assambleyası İsrail ordusunun Fələstin ərazilərindən bir il ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni qəbul edib.

Qətnaməni 124 dövlət, o cümlədən Rusiya, Belçika, Braziliya, Qətər, Çin və Fransa dəstəkləyib, 14 ölkə, o cümlədən Macarıstan, İsrail, ABŞ və Çexiya əleyhinə çıxıb, daha 43 dövlət səsvermədə bitərəf qalıb.

Qətnamənin qəbulu üçün üçdə iki səs tələb olunurdu.

Qeyd edək ki, BMT Baş Assambleyasının qətnamələri Təhlükəsizlik Şurasının sənədlərindən fərqli olaraq, məcburi hüquqi qüvvəyə malik deyil.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür

Bu gün - sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Lokal xarakterli antiterror...

Bağla