BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib.
Bu barədə TRT Haber xəbər verir.
Belə ki, Baş Assambleya Fələstinin təşkilata üzvlüyünün TŞ-də yenidən müzakirə olunmasını və ona bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini təsdiqləyib.
Sənəddə Fələstin xalqının öz müqəddəratını təyinetmə və dövlət qurmaq hüququ yer alır və BMT Baş katibi qətnamənin icrası üçün lazımi addımlar atmağa çağırılır.
Fələstinin tamhüquqlu üzvlüyü üçün səslərin üçdə ikisi onun “lehinə” olmalıdır.
Xatırladaq ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət etmiş, lakin bu müraciət lazımi dəstəyi almamışdı.
Report