Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Hüquqları Şurasında Qurani-Kərim üçün növbədən kənar iclas keçiriləcək.
Pakistanın təşəbbüsü ilə Cenevrəədə keçirilməsi planlaşdırılan iclasda, İsveçdə Qurani-Kərimə göstərilən hörmətsizlik müzakirə ediləcək.
Şuranın məruzəçilərindən olan Paskal Sim, İsveçdə Qurani-Kərimin yandırılmasının müsəlman dünyasında hiddətlə qarşılandığını deyib.
Məruzəçi jurnalistlərə verdiyi açıqlamada bu iclasın, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bəzi üzvlərinin adından Pakistanın tələbi ilə baş tutacağını qeyd edib.
47 üzvdən ibarət Şurada qəbul edilən qərarların qüvvəsi yoxdur, lakin ondan çıxan rəy milli parlamentlərin qəbul edəcəyi mümkün qərarlara təsir göstərir.
euronews