BMT-NİN İNSAN HAQLARI ŞURASI QURANA HÜCUMLARI PİSLƏYİB

0

Qurani-kərimə edilən hücumlar, Qərb ölkələrinin əleyhinə səs verməsinə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 53-cü növbəti iclasında qınandı.

Cenevrədəki növbəti sessiya çərçivəsində İslam əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən çağırılan təcili xüsusi sessiyada Qurani-kərimə hörmətsizlik və ona edilən hücumlarla bağlı İKT-nin qətnamə layihəsi müzakirə edildi.

“Dinə nifrət” kimi qiymətləndirilən Qurani-kərimə edilən hücumların qınanmasına çağıran qanun layihəsi 47 üzvlü Şura tərəfindən səsverməyə təqdim edildi.

Qınama qərarı 12 lehinə, 28 əleyhinə səslə qəbul edilib. 7 ölkə bitərəf qalıb.

Həmçinin BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın Nyu-York şəhərində İƏT nümayəndələri ilə görüşüb. Bu barədə BMT-nin məruzəçisi bəyanat yayıb.

Bəyanatda, Quterreş BMT-nin İnsan Hüquqları Şurasının “ayrı-seçkiliyə, düşmənçiliyə və zorakılığa gətirib çıxaran din əleyhinə nifrətlə mübarizə” qətnaməsinin icrası üçün səy göstərəcəyi vurğulanıb.

“Baş katib gərginliyi artıran, ayrı-seçkilik və radikallaşmaya səbəb olan dözümsüzlük, zorakılıq və islamofobik hərəkətləri pisləyir.” – deyə məruəçi bildirib.

Biundan başqa BMT Baş Assambleyası Qurana qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan qətnamə qanun layihəsini qəbul edib.

Qətnamə layihəsi Qurana qarşı zorakılığın nifrət nitqi və nifrət cinayəti kimi tanınmasına və bu cinayətlərin qarşısını almaq üçün lazımi tədbirlərin görülməsinə çağırır. Qətnamədə Qurani-Kərimə qarşı zorakılığın Dini etiqad və söz azadlığının pozulması kimi qəbul edilməsi və bu cinayətlərdə günahkarların cəzalandırılması tələb olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZAD EDİLƏN ƏRAZİLƏRDƏ 10-A YAXIN MƏSCİD İNŞA OLUNUR

“Hazırda azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib....

Bağla