BMT-NİN MÜSƏLMAN DİPLOMATI VƏFAT EDİB

0

BMT-nin İnsan hüquqları üzrə xüsusi məruzəçisi, Cenevrə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq Mərkəzinin keçmiş icraçı direktoru, diplomat İdris Cəzairi vəfat edib.

Cəzairi İFAD (Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu), CARE (Kömək və Yardım üzrə Kooperativ Agentlik), ACORD (Kooperativ  Araşdırma və İnkişaf Əməliyyatları üzrə Assosiasiya) kimi BMT nəzdindəki beynəlxalq təşkilatlarda yüksək vəzifələr tutmuşdur. O, İnsan hüquqlarının müdafiəsi sahəsində nüfuzlu şəxslərdən biri olub. 2016-cı ildən 2019-cu ilə qədər İdris Cazairi Cenevrə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru vəzifəsini icra edib. Məhz İdris Cəzairinin rəhbərliyi dövründə Mərkəz BMT yanında xüsusi məşvərətçi statusu alıb.

2019-cu ilin oktyabrında İdris Cəzairi Cenevrə Mərkəzində tutduğu vəzifəni tərk edərək, Oksford Universitetinin İslam Araşdırmaları Mərkəzində dəvətli elmi işçi təyin edilib. Buna baxmayaraq, o sona qədər beynəlxalq birliyi insan hüquqlarının təşviqində ortaq yanaşmalara yönəltmək üçün insan hüquqları siyasətinin dəyərlərini inkişaf etdirməkdə və qlobal şimal ilə qlobal cənub arasında körpülər yaratmaqda,  öz ideallarını qorumağa davam etmişdir.

İdris Cəzairi, Qafqaz Müsəlmanları İdarəsinin yaxın dostu olmuşdur. O,  həm Bakıda, həm də digər ölkələrdə keçirilən konfranslarımızda  iştirak etmişdir.  2019-cu ilin uyun ayında Vyanada keçirilən  “Dinlər və Civilizasiyalar Arası Əməkdaşlıqdan Bəşəri Həmrəyliyə” adlı konfransda əsas moderator və məruzəçilərdən biri olub.

Allah rəhmət eləsin!

/Qafqazislam.com/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TSK İDLİBDƏ BƏŞƏR ƏSƏD ORDUSUNUN KOMANDİRİNİ VURDU

Türkiyə Silahlı Qüvvətlərinin (TSK) Suriyanın İdlib şəhərində başlatdığı “Bahar qalxanı hərəkatı” adlı hərbi əməliyyatlar sürətlə davam edir. Bu barədə məlumat...

Bağla