BMT QƏZZADA 269 ƏMƏKDAŞININ ÖLDÜRÜLDÜYÜNÜ AÇIQLAYIB

0

Bu günə qədər Qəzzada BMT-nin Fələstin Qaçqınlar üzrə Agentliyinin (UNRWA) 269 əməkdaşı öldürülüb.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu UNRWA-nın rəhbəri Filipe Lazzarini BMT Təhlükəsizlik Şurasında qapalı brifinqdən sonra jurnalistlərə açıqlamasında deyib.

Lazzarini bildirib ki, iki həftədən az müddətdə UNRWA-nın işğal olunmuş Fələstin ərazilərindəki əməliyyatlarının dayandırılmasını tələb edən Knesset qanunu qüvvəyə minəcək və agentliyin fəaliyyətinin dayandırılması Qəzzada fələstinlilərin onsuz da fəlakətli həyat şəraitini ölçülməz dərəcədə pisləşdirəcək.

Diplomat qeyd edib ki, İsrail UNRWA-ya qarşı güclü diplomatik təzyiq göstərərək qlobal dezinformasiya kampaniyası aparır. Lazzarini qeyd edib ki, Nyu-York kimi şəhərlərdə UNRWA-nı terrorçuluqda ittiham edən reklam lövhələri yayımlanıb ki, bu cür təbliğat üçün İsrail Xarici İşlər Nazirliyi tərəfindən 150 milyon dollar ödənilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSRAİL HÖKUMƏTİ QƏZZADA ATƏŞKƏS SAZİŞİNİ TƏSDİQLƏYİB

İsrail hökuməti Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi barədə sazişi təsdiqləyib. “Report” xəbər...

Bağla