BMT QÜDSÜ İSRAİLİN PAYTAXTI KİMİ TANIMAYIB.

0

BMT Baş Assambleyasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edilib.

Səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9 – əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb. 

ABŞ, İsrail, Qvatemala, Qonduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Toqo qətnamənin əleyhinə səs verib. Donald Tramp daha əvvəl ABŞ-ın BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan edərək bu addımı atacaq ölkələri hədələmişdi.  Qətnaməyə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir. Qətnamədə həmçinin, bütün dövlətlər BMT TŞ-in qətnamələrinə zidd olan tədbir və addımları qəbul etməməyə çağırılıb.

Xəbər:Şirəli Məmmədov

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖLÜYƏ QURAN OXUMAQ

Dini sahədə aktual məsələlərdən biri ölüyə Quran oxumağın yeridir.

Bağla