BMT TƏHLÜKƏSİZLİK ŞURASI QƏZZA İLƏ BAĞLI YENİDƏN TOPLANIR

0

BMT Təhlükəsizlik Şurası (TŞ) bu gün Qəzza ilə bağlı yenidən toplanır.

Bu barədə “Sky news” məlumat yayıb.

Bildirilib ki, BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnaməni yenidən səsverməyə çıxaracaq.

Bu qətnamə Qəzza zolağına təhlükəsiz və maneəsiz humanitar girişə icazə vermək üçün hərbi əməliyyatların təcili dayandırılmasını və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini nəzərdə tutur.

Qeyd edək ki, BMT TŞ-nin Qəzza ilə bağlı sonuncu iclası noyabrın 29-da keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANIN İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNDƏ İCTİMAİ NƏQLİYYAT OLACAQ

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ictimai nəqliyyatın olması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqət mərkəzindədir. Bunu “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın...

Bağla