BÖLGƏDƏ ATDIĞIMIZ ADDIMLARA AZƏRBAYCANLA BİRGƏ QƏRAR VERİRİK

0

“Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin təyinatı məsələsi artıq icra olunub. Bu məsələ ilk əvvəl Türkiyə Böyük Millət Məclisində qaldırılmışdı. Bu gün azərbaycanlı həmkarım Ceyhun Bayramovla da bunu müzakirə etdik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, Türkiyənin bölgədə atdığı bütün addımlarda Azərbaycanla birgə məsləhətləşmələr aparılır və birgə qərarlar verir.

“Hazırda Türkiyə ilə Ermənistan arasında hava əlaqəsinin açılması ilə bağlı qarşı tərəfin tələblərinə baxılır”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ANA VƏ ATA ARASINDAKI FƏRQ

Dünyaya gözünü açdığın ilk andan etibarən səni sevən anan, sənə olan sevgisini gizlədib göstərməyən isə  atandır. Anan səni dünyaya gətirər,...

Bağla