“Bölgədə sülhə töhfə vermək əvəzinə, ədalətsiz yanaşmaları davam etdirmək qəbulolunmazdır”

0

Avropa Parlamentinin martın 10-da Azərbaycanla bağlı qəbul etdiyi, tamamilə əsassız ittiham və tələblərin əks olunduğu qərəzli qətnamə beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik, ədalətin pozulmasıdır. Biz, Azərbaycandakı dini konfessiya başçıları Avropa Parlamentinin Azərbaycanla bağlı bu iftira xarakterli qətnaməsini qətiyyətlə pisləyirik. Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnamənin ləğvini tələb edirik. Belə ki, Cənubi Qafqazda yenicə bitmiş İkinci Qarabağ müharibəsindən sonra bölgədəki sülhə, yenidənqurmaya və birgəyaşayışa töhfə verməyə çalışmaq əvəzinə, ədalətsiz yanaşmaların davam etdirilməsi qəbulolunmazdır.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə 31 Mart — Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Pakistanda keçirilən tədbirində Ermənistanın Azərbaycana təcavüzünə dair qəbul edilmiş 4 qətnamə bütün dünya üçün bəşəri ədalət nümunəsidir. Həmin sənədlərdə xüsusilə işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilib, yenicə azad olunmuş ərazilərdə yerləşən məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb. Qətnamədə xüsusilə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ TƏRAVİH NAMAZI MƏSCİDLƏRDƏ KÜTLƏVİ QILINACAQ

Müqəddəs ramazan ayının təməl ibadətlərindən olan təravih namazı Türkiyədə məscidlərdə kütləvi olaraq qılınacaq. Bu barədə Türkiyənin rəsmi dini komitəsi Diyanetin...

Bağla