BOŞANMAĞIN PSİXOPATALOGİYASI

0

Boşanma faizləri yüksəldikcə ən böyük zərəri uşaqlar görür və onlar ana-atasız evlərdə böyüməyə məhkum olurlar. Məsələn, ingilis ailələrin 20%-i ana və uşaqdan (nadir hallarda da ata və uşaqdan) ibarətdir. Dünyaya gələn hər üç uşaqdan biri evlilik xarici cinsi münasibət nəticəsində dünyaya gəlir. Bu uşaqaların demək olar ki yarısı atasız böyüyür. Hər 10 Amerkan uşağından 3-nün ana-atası ayrı yaşayır. Qaradərili uşaqlarda bu faiz 10 nəfərdə 6-ya yüksəlir. Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, bu statistika Azərbaycanda da ürəkaçan deyil. Belə ki, Azərbaycanda da hər ailə quran 4 cütlükdən 1-i boşanır. Uşağın belə bir ailələrdə böyüməsi onun ruhi və zehni inkişafına mənfi təsir edir. Ayrılan ailələrdə böyüyən uşaqlar aldıqları psixoloji travmanın fəsadlarını məktəbə daşıyır. Bu gün məktəblərimizdə hər gün sayları artan natamam ailələrin övladları tərbiyə prosesində çox böyük problem yaradır.

Bir çox cütlük, boşandıqdan sonra artıq təcrübə əldə etdiklərini və bundan sonra daha xoşbəxt evlilik edəcəklərini düşünürlər. Halbuki, həqiqətlər onu demir. Yenidən evlənənlərin problemləri daha çox olur. İlk evliliklərin 37%-i boşanma ilə nəticələnirsə, ikinci evlilikdə bu faiz 59%-ə çatır. İkinci evlilik əsnasında qohumluq münasibətləri əksər hallarda bir-birinə qarışır. Belə ki, ikinci evliliyi yaşayan cütlüklər bir-birlərinin əvvəlki evliliklərindən olan uşaqları ilə daha çox maraqlandıqlarını iddia edərək anlaşılmazlıqlar yaşaya bilirlər.

Satatistikalara görə evli insanlar subay insanlardan daha xoşbəxt və onlara nisbətən ortalama olaraq 5 il daha çox yaşayırlar.  Çünki evli insanlar düzənli bir həyata sahib olduqları kimi bir-birilərinə də hörmətlə yanaşırlar. Nəticə olaraq deyə bilərik ki, ailədə baş verən boşanma hadisəsi ailənin bütün fərdlərinin psixikasına mənfi təsir edir və onların gələcək həyatlarındakı uğurlarının qarşısında bir maneəyə çevrilir.  Unutmayın ki, Allah qatında edilməsinə izn verilən şeylərin ən pisi boşanma hadisəsidir. Evlənin, boşanmayın! Çünki boşanma hadisəsi Arşı-Alanı titrədir.

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMIN ŞƏRTLƏRİ NƏLƏRDİR?

İslamın şərti beşdir: Kəlmeyi-şəhadət Gətirmək Kəlmeyi-şəhadət: “Əşhәdü әn la ilahә illәllah və Əşhәdü әnnә Muhәmmәdәn abduhu və rәsuluhu” Mənası: “Mən...

Bağla