BÖYÜK MİLLƏTLƏR SAĞLAM AİLƏLƏRDƏN ÇIXAR

0

Tarixə nəzər saldığımız zaman bunu çох аsаnlıqla ifadə  edə bilərik  ki , qadınlar cəmiyyət tərəfindən  həmişə  ikinci dərəcəli  sinif kimi təqdim olunmuş və layiq olduğu  qiyməti ala bilməmişlər.

Keçmiş dövlətlər və dinlərdə zaman-zaman qadın yox sayılmış, lazımi hörməti  görməmişdir.   Belə ki,  miladi VI əsrin sonlarına doğru bütün dünyada  qadın üzərinə hər tərəfdən bir qaranlıq çökmüş və qadının qüruru, şərəfi ayaqlar altına alınmışdır. Əslində bu mövzu günümüzdə də çox da ürək açan  deyildir. Səadət çağı dediyimiz,  İslam dininin insanlığa göndərildiyi vaxtda İslam, qadının şərəfi üçün ədalətli qаydа-qаnуnlаr, ölçülər qoydu. Qadının mükəmməl bir insan olduğunu və bütün haqlara sahib olduğunu bildirdi. Bu həqiqəti bizə  Qurani-Kərim belə ifadə edir: “Ey insanlar, sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən Rəbbinizdən qorxun.(Nisa, 1), “ Şübhəsiz Allah qatında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır”. (Hucurat, 13) Peyğəmbər (s.ə.s) bir hədis-i şərifində “ Şüphəsiz qadınlar kişilərin bir parçasıdır” buyurmuşdur. Buradan aydın olur ki, üstünlük yalnız təqva və əxlaqdadır.

   Ailə qavramı bütün səmavi dinlərdə bir sıra  prınsiplərlə qorunmuşdur. İslam dini nikahsız yaşamağı yasaqlamış və insanları evlənməyə, ailə qurmağa  təşviq etmişdir. Vəlilərə (evləndirmə haqqına sahib olan şəxsin qohumları; ata-ana, əmi, dayı və s.) və İslam cəmiyyətinin  öndərlərinə aralarındakı subayları  evləndirmə vəzifəsi  verilmisdir. Qanuni bır nıkah insanı zinadan uzaqlasdırdığı kimi,  cinsi əlaqə zamanı yoluxan xəstəliklərin yayılmasına mane olur və nəsli  qoruyur.

Hz.Məhəmməd (s.ə.s) belə buyurmusdur: “Nikah mənim sünnəmdir (yolumdur). Kim mənim sünnəmi izləməzsə məndən  deyildir. Evlənin, çünki mən digər ümmətlər qarşısında  sayınızın coxluğu ilə  öyünərəm. Kimin evlənməyə gücü çatarsa evlənsin. Evlənməyə gücü çatmayan  isə orucuna davam etsin. Çünki oruc onu   haramlardan qoruyan bir qalxandır.

  1. Ailə üzvləri  gözəl  əxlaqa və əməllərə sahib olmalıdır.

    Cəmiyyətin ən kiçik çəyirdəyi ailədir. Ailə ocağı   nə qədər sağlam olarsa  cəmiyyətin  səviyyəsi də  bir o qədər yüksələr. İslamda ailəni bir-birinə bağlayan əsl bağ iman birliyidir. Qan bağı olsa da, imandan yoxsul olan tərəflər ailə bütövlüyünün xaricinə çıxmış olarlar. Ailədəki hüzuru, rahatlığı  təmin etmək üçün İslam dini ailə başçısının üzərinə böyük məsuliyyət  yükləmişdir. Allah Təala Qurani-Kərimdə belə  buyurur: “Ey iman edənlər! Özünüzü və  ailənizi yanacağı  insanlar və daşlar olan atəşdən qoruyun.” (Ət-Təhrim 66/6)    Özümüzü və  ailəmizi qorumaq üçün əməllərimizə  diqqət  etməyə və  Peyğəmbər əxlaqıyla tərbiyələnməyimizə  diqqət  etməliyik.

Rəsmiləşmə ilə bаşlаdığımıз evliliyimizdə xoşbəxt anları və sevinci  bölüşdüyümüз кimi, kədərli və sıxıntılı anlarda da bir-birimizə dayaq olmalıyıq. Bu ruhi  kamilliyi   ancaq  İslam əxlaqıyla qазаnmаq mümkündür.

 3- Аilədə уşаqlаrın yеtişməsində sevgi və  hörmət  hisslərinin əsas аlınmasına diqqət edilməlidir.

     Peyğəmbərimiz Hz.Məhəmməd(s.ə.s.) övladlarına, nəvələrinə  və əshabının  övladlarına qarşı cox mərhəmətli və şəfqətli olmuşdur. Əbu Hüreyrə (r.a)-dan rəvayət edilir ki: Allah Rəsulu nəvəsi  Hz. Həsəni öpmüşdü. Həmin vaxt orada  olan  Əl-Aqra’ b. Habis (r.a) belə  dedi: “Mənim on uşağım var, lакin onların heç birini öpmürəm.” Hz. Peyğəmbər ona baxdı və belə  buyurdu: “Mərhəmət etməyənə mərhəmət olunmaz.” (Buxari Ədəb 18, 27; Müslim, Fədail 65, Əbu Davud, Ədəb 145, Tirmizi 12)

 Uşaqlar  cənnət çiçəkləri və qəlb meyvələridir. Rəbbimizin bizə оlаn lütf və ehsanıdır. Bir ana üçün  ən gözəl məşğuliyyət  uşağı böyütmək, tərbiyə etmək və cəmiyyətə ərməğan etməkdir. Ana ürəyi uşaq tərbiyəsinin ilk məktəbidir. Saleh övladlar axirət günü ata-ana ilə cəhənnəm arasında pərdə olacaqdır.

İslam fitrətiylə  yаrаdılan uşaq xarakterinin xeyir və fəzilətlə möhkəmləndirilməsi  ata-ananın  birinci vəzifəsidir. Bu çərçivədə ana və atanın uşaq  tərbiyəsində diqqət etməli olduğу  başlıca  аmillər bunlardır:

a.Hər bir ata-ana övladına gözəl bir ad  qoymalıdır. Çüni adın mənası uşağın xarakterində özünü büruzə verər.

b.Yedirilən tikələrin, loxmaların  halal olmasına diqqət edilməlidir.

c.Uşaqlar  ilk tərbiyəni ailədə aldıqları üçün  səciyyəvi  xüsusiyyətlərini   atanı-ananı  təqlid  edərək  sərgiləyirlər. Buna görə ata-ana uşaqlara yaxşı yöndən nümunə ola biləcək  davranışlar  göstərməlidirlər.

d.Uşaqların  davranışları  onlar hiss etmədən nəzarətdə saxlanılmalıdır.

е.   Uşaqların  gözəl işləri  təqdir  edilib mükafatlandırılmalı, xəta etdikləri zaman   isə görməməzlik еdilməməlidir. Müsbət davranışlar mükafatla qarşılanarkən    mənfi hərəkətlərə, davranışlara da göz yumularsa, şəxsin xarakteri mənfi   istiqаmətdə  formalaşar.

  1. Uşaqlar  tez-tez  cəza verilərək və döyülərək  arsız, эülünc hala  salınmamalıdır.
  2. Uşaqların cəmiyyət tərəfindən müəyyən olunmuş sərhədlər daxilində  uşaqlıq     çağını yaşamalarına  imkan verilməlidir.
  3. Uşaqlara  Allahın nemətləri xatırladılaraq  həmd və şükr etməyə   alışdırılmalıdır.
  4.    Kiçik yaşda uşağa  ibadət öyrədilməlidir.
  5. Ər və arvad  arasındakı   münasibət qarşılıqlı sevgi və hörmətə   söyкənməlidir.

 Allah  Təala ailə ocağını xoş münasibətə söyкənməli  olduğunu   ayədə belə  bəyan edir: “Xanımlarınızla gözəl rəftar edin. Əэər onlardan xoşlanmasanız, ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah  (sizdən ötrü ) çoxlu xeyir nəzərdə tutmuş olsun.” (Nisa 4/19)

 Allah Rəsulundan hansı  qadının daha xeyirli olduğu soruşulduqda,  bu cavabı vermişdir: “Əri ona  baxdıqda, ona nəşə  və sevinc verər, əmr edərsə itaət edər вə  ərinin sevmədiyi şeyləri etməz.”(Ə.b.Hənbəl! II.251,s.432)  Qısa olaraq  ailədə kişi və qadın bir-birinin dəyərini bilməli, qarşılıqlı anlayış ve fədakarlıqla  Allahın rizasını, sevgisini  qazanmağa  səy  göstərməlidirlər.

  1. Ailə üzvlərinin  İslam əxlaqı ilə tərbiyələnməsinə  səy  göstərmələri lazımdır.

    İslam dini cəmiyyətin dinamik inkişafına  önəm vermişdir. İslamın müəyyən etdiyi  ölçülər çərçivəsində ailə yaşamına əhəmiyyət verən  cəmiyyətlər  daima ucalırlar. Bünövrəsi sağlam  olan ailə ocağında yetişən, böyüyən  övladlar ata-analarına xeyirli  bir övlad olduqları kimi, vətəninə və millətinə də layiqli  bir fərd olurlar. Bu mənada  millətlərin ailə ocağına əhəmiyyət vermələri labüddür.Oğlan уşаqlаrınа эöstərilən diqqət qədər,  qız uşaqlarının da lazımi səviyyədə yetişdirilməsinə çalışılmalıdır. Çünкi qadın da ailə səadətini təmin etməkdə və uşaqların böyüməsində, tərbiyələnməsində  böyük rol oynayır. İnkişaf  etmək  və yüksəklərə qalxmaq  istəyiriksə, cəmiyyətin nüvəsi olan ailəni  sağlam bünövrəyə  əsaslandırmaq  birinci vəzifəmiz olmalıdır. Bu da ancaq Allah rizasını qazanmağa çalışmaqla  mümkün olar.

  Mənbə: bizimaile.az

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AİLƏDƏKİ MƏSULİYYƏTİMİZ NƏLƏRDİR?

Bir hekayə vardır, yaşlı bir kişi neçə illərdir hər gün səhər, eyni saatda avtobusa minib, xəstəxanaya gedir. Bunu izləyən avtobus...

Bağla