BRİTANİYADA BƏZİ MƏSCİDLƏRİN MÜHAFİZƏSİNİ GÜCLƏNDİRİLİB

0

Böyük Britaniya hökuməti ölkədə miqrantlara qarşı keçirilə nümayişlər zamanı hücuma məruz qala biləcək məscidlər üçün əlavə mühafizə təmin edib.

Bu barədə Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper məlumat verib.

“Yerli məscidlərin üzləşdiyi biabırçı təhdidlər və hücumlar fonunda hökumət Məscidin Mühafizəsi və Təhlükəsizliyi proqramı vasitəsilə ibadət yerlərinə əlavə əməliyyat dəstəyi, eləcə də yerli polis qüvvələri tərəfindən dəstək verir”, – deyə o qeyd edib.

Hökumətin bəyanatında qeyd olunub ki, sözügedən proqramın vəsaiti bu məqsədlər üçün istifadə olunacaq. Bu il onun həyata keçirilməsi üçün artıq 29,4 milyon funt sterlinq (38 milyon dollar) ayrılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN AZƏRBAYCAN HƏRBİ DONANMASI GÜNÜDÜR

5 Avqust – Azərbaycan Hərbi Donanması Günüdür. Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb. Belə ki, 1919-cu...

Bağla