Bu axşam – rəbiul-əvvəl ayının 11-ni 12-nə bağlayan gecə İslam peyğəmbəri Həzrəti Muhammədin ﷺ dünyanı şərəfləndirdiyi gecədir.
İslamveirfan.com xəbər verir ki, həmin gün İslam dünyasında Mövlud gecəsi kimi qeyd edilir. Mövlud lüğətdə doğulan zaman və məkan mənasındadır.
Peyğəmbərimiz Həzrəti Muhamməd ﷺ miladi 571-ci il rəbiul-əvvəl ayının 11-dən 12-nə keçən gecə Məkkə şəhərində dünyaya gəlmişdir.
Dünyanın əksər ölkələrində yaşayan müsəlmanlar bu gecəni dua və ibadətlərlə əhya edirlər.