BU AY YER KÜRƏSİNDƏ 6 MAQNİT QASIRĞASI OLACAQ

0

Cari ilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar.

Belə ki, 11, 12, 15, 17, 18 yanvar tarixlərində 3 bal gücündə maqnit qasırğası olacaq.

Lakin ən güclüsü yanvarın 16-da qeydə alınacaq. Geomaqnit titrəyişlərin gücü 4 bal olacaq.

Geomaqnit sahəsinin güclü pozulmaları insan sağlamlığına təsir göstərərək baş ağrısı, yorğunluq, əsəbilik, ümumiyyətlə, sağlamlığın pisləşməsinə səbəb ola bilər.

Həkimlər bu günləri özünüzə qulluq etməyə, yağlı qidalardan, spirtli içkilərdən və tütündən uzaq durmağa, stresli vəziyyətlərdən qaçmağa, gərginləşməməyə, mümkünsə təmiz havada gəzməyə çağırır.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ BİR İLDƏ 1 100-DƏN ÇOX TERRORÇU ZƏRƏRSİZLƏŞDİRİLİB

Son bir ildə Türkiyədə keçirilən əməliyyatlar zamanı müxtəlif terror qruplaşmalarının 1 140 üzvü zərərsizləşdirilib. Bunu Türkiyə Daxili İşlər Nazirliyinin rəis...

Bağla