“BU, BÜTÜN MİLLƏTLƏRİN BAŞINA GƏLƏ BİLƏCƏK HADİSƏDİR”

0

Təyyarə qəzasının qurbanlarının xatirəsini yad etmək üçün bütün məscidlərdə məclislər qurulub, onların ruhuna dualar oxunub, fatihələr deyilib.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aviaqəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyir:

“Bu, bütün millətlərin başına gələ biləcək hadisədir. Əlimizdən gələn onların ailələrinə təsəlli vermək, yaralılarımıza şəfa diləməkdir. Allah millətimizi bəlalardan qorusun”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Müsəlman Ağsaqqalları Şurası Azərbaycana başsağlığı verib

Müsəlman Ağsaqqalları Şurası Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham...

Bağla