Türkiyədə uğursuz dövlət çevrilişinin 5-ci il dönümündə gecə saat 00.13-də 81 vilayətdəki 90 min məsciddə sala (İslam peyğəmbərinə ﷺ salavat) oxunub. Bu gecə həmçinin “15 iyul Demokratiya və Milli Birlik” gününün şərəfinə məscid minarələrinin işıqları sübhə qədər yanılı qalıb.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin (TSK) tərkibindəki bir qrup hərbçi ölkədə dövlət çevrilişinə cəhd etmişdi. Türkiyənin dini komitəsi Diyanrtin təşkilatçılığı ilə məscidlərdən oxunan sala sayəsində insanlar küçələrə çıxaraq bu cəhdin qarşısını almışdılar.