Bu gün Astanada TDT-nin 10-cu yubiley Zirvə Görüşü keçiriləcək

0

Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü keçiriləcək.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, “Türk Əsri” çağırışı altında keçiriləcək toplantıda iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək.

Dövlət və hökumət başçıları üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər. Bundan başqa, regionda və onun hüdudlarında baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.

Qeyd edək ki, noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə gəlib.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ sədri Qəzzada sülhə nail olmaq üçün siyasətçiləri tezliklə qərarlar qəbul etməyə çağırıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharı qəbul edib....

Bağla