BU GÜN AZƏRBAYCANDA POLİS GÜNÜDÜR

0

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan polisinin yaradılmasının 106 illiyi münasibətilə videoçarx təqdim edib.

Videoçarxla bağlı paylaşımda bu sözlər yer alıb:

“Var gücümüzlə xalqımızın təhlükəsizliyinin keşiyində, cinayətkarların qarşısındayıq!”

Qeyd edək ki, iyulun 2-si Azərbaycanda Polis Günüdür.

Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Videoçarxı təqdim edirik:

Resim

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi sammitinin vaxtı açıqlanıb

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi sammitinin dəqiq tarixi açıqlanıb. Bu barədə TDT-nin mətbuat xidməti xəbər verir. Məlumata görə,...

Bağla