BU GÜN ŞƏHİDLƏRİMİZİN XATİRƏSİ ANILACAQ

0

4 dekabr Vətən Müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bu gün – dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.

Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ELM MƏCLİSLƏRİNİN FƏZİLƏTİ

Bir gün Peyğəmbərimiz (s.ə.s) məsciddə əshabına söhbət edirdi. Bu əsnada üç nəfər içəri daxil oldu. Bunlardan ikisi Peyğəmbərimizin olduğu tərəfə...

Bağla