BU GÜN SONUNCU ZƏVVAR QRUPU HƏCC ZİYARƏTİNDƏN GERİ DÖNƏCƏK

0

Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönəcək.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunda 130 nəfər olacaq:

“Zəvvarlar Mədinə saatı ilə 19:00-da yola düşəcəklər, yerli vaxtla saat 23:20-də isə Bakıya çatacaqlar”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Zəvvarlar iyulun 5-dən Vətənə geri dönürlər. Bu il Həcc ziyarəti üçün bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edib.

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
15 İYULUN İLDÖNÜMÜNDƏ TÜRKİYƏDƏKİ MƏSCİDLƏRDƏ SALA OXUNACAQ

15 iyul Türkiyədə baş vermiş dövlət çevrilişinin il dönümündə ölkədəki bütün məscidlərin minarəsindən sala oxunacaq. Yerli mətbuatın yaydığı xəbərə görə,...

Bağla