“BU GÜN ÜMUMİYYƏTLƏ DAĞLIQ QARABAĞ İFADƏSİNİ İŞLƏTMƏMƏLİYİK”

0

“Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq biz bu gün ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ – aranlı, dağlı – Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır, biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəlində köçürülmüşdü”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Biz etiraz etmirik. Bizim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə də statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, daha çox qarşıdurmaya xidmət göstərir”, – Prezident vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ XİN XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ BAĞLI BƏYANAT YAYIB

1992-ci ilin fevralın 26-da Ermənistan Respublikasının birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə qarşı təcavüzlərdə aralarında qadın və...

Bağla