Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başlayıb

0

Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Bildirilib ki, sənədlərin qəbulu fevralın 12-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Ziyarət üçün tələb olunan sənədlər:

1.Ümumvətəndaş pasportu;

2.Şəxsiyyət vəsiqəsinin surəti;

3.3.5×4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4.Sağlamlıq haqqında arayış.

Xatırladaq ki, Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib. QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata...

Bağla