BU İL ALMANİYADA MÜSƏLMANLARA 578 HÜCUM OLUB

0

2018-ci ilin ilk 9 ayında Almaniyada müsəlmanlara qarşı 578 cinayət hadisəsi qeydə alınıb.

Bildirilir ki, hücumlar nəticəsində 40 nəfər yaralanıb.

Bu cinayətlərə həqarət, təhqir və məscidlərə hücum da daxildir.

Almaniya Sosial Demokrat Partiyasının sorğusuna cavab verən hökumət qeyd edib ki, müsəlmanlara qarşı cinayət faktlarında təhqir etmə, yaralama, mülkiyyətə ziyan vurma və ölkə konstitusiyası tərəfindən qadağan edilən simvolların divara yapışdırılması kimi hallar var.

Hökumətin izahatına o da bildirilir ki, iki müsəlmanın ağır yaralanması səbəbindən iki nəfər həbs olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİNDİSTANDA MƏBƏDDƏ PLOVDAN ZƏHƏRLƏNMƏ – 7 ÖLÜ, 80 NƏFƏR XƏSTƏXANADA

Hindistanın cənubunda məbəddə qida zəhərlənməsindən 7 nəfər ölüb, daha 80 nəfər xəstəxanaya yerləşdirilib. Bildirilir ki, səhiyyə idarəsi xəstəxanaya yerləşdirilənlərdən 11-nin...

Bağla