BU İL AZƏRBAYCANDA UŞAQLARA ƏN ÇOX ƏLİ VƏ ZEYNƏB ADI QOYULUB

0

Bu ilin on ayı ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Belə ki, ötən müddət ərzində oğlan uşaqlarına ən çox verilən ad Əli olub. Bu ad il ərzində 1299 uşağa qoyulub.

Beləliklə, yanvar-oktyabr aylarında Əli adı uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb.

Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1243-nə Yusif, 1239-na Hüseyn, 1189-na Uğur, 886-na Məhəmməd, 790-na Ömər, 692-nə Murad, 591-nə Raul, 553-nə Tunar və 552-nə isə Ayxan adı verilib.

Həmçinin qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu il ərzində bu ad 1312 uşağa verilib.

Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 1041-nə Zeynəb, 985-nə Məryəm, 951-nə Aylin, 931-nə Fatimə, 887-nə Mələk, 777-nə Nilay, 767-nə Nuray, 666-na İnci və 598-nə isə Mədinə adı qoyulub.

Beləliklə, bu ilin yanvar-oktyabr aylarında uşaqlara ən çox qoyulan adlar Əli və Zəhra olub.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN G20 SAMMİTİNDƏ AZƏRBAYCANIN İŞTİRAKI İLƏ ƏMƏKDAŞLIQ FORMATINDAN DANIŞIB

"Biz dedik ki, Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan altılıq olaraq addım atmalı və regiona sülh gətirməlidir. Cənab Prezident...

Bağla