Bu il sadəcə Səudiyyə Ərəbistanı vətəndsaşlarının iştirak edəcəyi Həcc ziyarəti üçün kovid-19 pandemiyasına qarşı tədbirlər çərçivəsində bəzi şərtləri əhatə edən protokol hazırlanıb. Xəstəliklərdən Mühafizə və Mübarizə Komitəsinin hazırladığı protokolda zəvarların riayət etməsi məcburi olan qaydalara yer verilib.
Bu qaydalara görə zəvvarlar iznsiz Mina, Müzdəlifə və Arafata gedə bilməyəcək, Həcc mövsümü boyunca maska geyilməsi məcburi olacaq. Bundan başqa Mina, Müzdəlifə və Arafatda 50 kvadratmetrlik çadırlarda maksimum 10 zəvvar qalacaq. Şeytan daşlamaq üçün istifadə olunan daşlar əvvəldən dezinfeksiya edilərək xüsusi qablaşdırmada zəvvarlara paylanacaq. Tavaf və say vaxtı izdiham olmaması üçün zəvvarlar Məscidi-Haramın bütün mərtəbələrinə paylanacaq, sosial məsafənin qorunması üçün yerə zolaqlar çəkiləcək.
Bu qaydalara görə zəvarların kütləvi olaraq toplaşması, Kəbə ilə Həcəri-Əsvədə toxunmaları və öpmələri yasaqlanıb. Camaat namazı sosial məsafənin qorunması şərti ilə qılınacaq, zəvvarlara zəmzəm suyu ilə içməli su qapalı şüşələrdə veriləcək.
Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi, pandemiya səbəbindən bu il sadəcə ölkə vətəndaşlarının Həcc ibadətini yerinə yetirəcəyini, xaricdən zəvvar qəbul edilməyəcəyini açıqlamışdı.
Səhiyyə naziri Tevfiq ər-Rabia isə Həccə gedəcək zəvvarların 65 yaşından kiçik olmasının şərt olduğunu bildirib.