BU İL MÜHARİBƏ ZONALARINDA 42 JURNALİST ÖLDÜRÜLÜB

0

2024-cü ildə azı 68 jurnalist həlak olub ki, onların da 60 %-dən çoxu müharibə zonalarındadır.

Bu barədə UNESCO-nun təqdim etdiyi məlumatlarda bildirilir.

Qeyd olunub ki, media işçilərinin öldürüldüyü 68 hadisədən 42-si döyüşlərin getdiyi ölkələrdə baş verib.

Hadisələrin əksəriyyəti Fələstində (18) qeydə alınıb. Ukraynadakı müharibədə 4 jurnalist həlak olub.

Sənəddə ölən jurnalistlərin adları və mənşə ölkələri, habelə onların hansı nəşrlərdə çalışdıqları göstərilməyib.

Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən 2023-cü il dekabrın 31-dək dünyada 162 media işçisi öldürülüb, onlardan 72-si münaqişə zonalarında həlak olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAŞAR GÜLƏR DSX RƏİSİ ELÇİN QULİYEVİ QƏBUL EDİB

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevi qəbul edib. Bu barədə Türkiyə MN-in...

Bağla