Dnyada kovid-19 pandemiyası davam edərsə Səudiyyə Ərəbistanı Krallığında ramazan ayında təravih namazları qılınmaya bilər. İslamveirfan.com xəbər verir ki, bu barədə İslami işlər dəvət və irşad nazirinin vəkili Muhamməd əl-Ukeyl açıqlama verib. Əl-Ukeyl rəsmi televiziya kanalına verdiyi açıqlamada, Ali Dini Şuranın əks yöndə bir qərarı olmasa böyük ehtimalla ramazanda təravih namazı qılınmayacağı bildirib.
“Harameyn Şərifeyn” komitəsi sədrinin vəkili Əhməd əl-Mansuri də həmin kanala verdiyi açıqlamada, Məscidi-Haramda təhəccüd və təravih namazlarının qılınması barədə Dini Şuranın verdiyi qərarın əsas olduğunu deyib. Mənsuri, şuranın verdiyi qərar istiqamətində addım atacaqlarını qeyd edib.
Qeyd edək ki, koronovirusla mübarizə tədbirləri çərçivəsində martın 18-dən krallıq ərazisində məscidlərdə vaxt namazlarının qılınması dayandırılıb.
Ən son məlumatlara görə Səudiyyə Ərəbistanın 3651 nəfər kovid-19 virusuna yoluxub və onlardan 47 nəfər dünyasını dəyişib.