BU İLİN İLK AYINDA UŞAQLARA ƏN ÇOX HÜSEYN ADI QOYULUB – SİYAHI

0

Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox Hüseyn və Məryəm adları verilib.

Ədliyyə Nazirliyindən bildirilib ki, ötən ay oğlanlar arasında 57 uşağa Hüseyn, 47 uşağa Yusif, 44 uşağa Uğur, 39 uşağa Əli, 35 uşağa Raul, 31 uşağa Murad, 28 uşağa Ömər, 28 uşağa Məhəmməd, 25 uşağa Adəm, 23 uşağa Tuncay adı qoyulub.

Qızlara gəlincə isə, 2024-cü ilin yanvar ayında 46 uşağa Məryəm, 45 uşağa Nilay, 41 uşağa Zeynəb, 39 uşağa Ayla, 37 uşağa Zəhra, 36 uşağa Fatimə, 35 uşağa İnci, 34 uşağa Melisa, 32 uşağa Aylin, 31 uşağa Mələk adı verilib.

Qeyd edək ki, 2023-cü ildə oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adı verilib.

 

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ FƏLƏSTİN DÖVLƏTİNİN YARADILMASINDA İSRARLIDIR

ABŞ Dövlət Departamenti bölgədəki tərəfdaşları ilə İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini həyata keçirmək üçün tələb olunan konkret tədbirlərlə...

Bağla