BU İLİN İLK HACI ZƏVVAR QRUPU MƏKKƏYƏ GEDİB

0

2023-cü ilin həcc mövsümünün ilk zəvvar qrupu müqəddəs Məkkə şəhərinə çatıb.

Bu barədə Səudiyyə Ərəbistanı Həcc Nazirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat paylaşılıb.

Məlumatda, ziyarətçilərin fotoşəkilləri “Bu ilin ilk zəvvarlarının olduğu təyyarə ölkəyə endi” – qeydi ilə paylaşılıb. Paylaşımda bu barədə ətraflı məlumat verilməyib.

Səudiyyə Ərəbistanı krallığı SPA agentliyinin məlumattına görə, ilk zəvvar qrupu Banqladeşdən gəlib.

Xatırladaq ki, krallığın həcc naziri Tevfiq ər-Rabia, 2023-cü ilin Həcc mövsümündə ölkəyə 2 milyondan çox zəvvarın gələcəyini gözlədiklərini deyib.  

Resim

Resim

haci1.jpg

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA TÜRKİYƏ MODELİ ÜZRƏ KOMANDOLAR HAZIRLANIR

Komando Dağ Təlim Mərkəzində Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi "Komando başlanğıc kursu" davam edir. Plana...

Bağla