BU MÜSƏLMAN ÖLKƏSİ QONŞUSUNUN TORPAĞINI ÖZ ƏRAZİSİNƏ QATDI

0

Dağıstan parlamenti birtərəfli qaydada sərhədlərin müəyyən edilməsinin yolverilməz olması barədə bəyanatla çıxış edib.

Bildirilir ki, buna səbəb Çeçenistanın Qeydiyyat, Kadastr və Xəritəçəkmə İdarəsinin yayımladığı kadastr xəritəsi olub. Bu xəritədə rəsmi Qroznı Dağıstanın Qızılyar rayonunun tərkibinə daxil olan sərhədyanı məntəqələrdən birini Çeçenistan torpağı kimi qeydiyyatdan keçirib.

Parlamentin hazırladığı bəyanat Rusiya Prezidentinin Şimali Qafqaz Federal Bölgəsi üzrə nümayəndəsi və Çeçenistanın spikerinə də göndərilib.

Qeyd edək ki, bundan öncə Çeçenistanla İnquşetiya arasında torpaq mübadiləsi haqqında müqavilə imzalanıb. Müqavilə sonradan İnquşetiyada böyük etirazlara səbəb olub. Yerli əhali İnquşetiya hakimiyyətindən müqavilənin təcili ləğvini tələb edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN ÖLKƏSİNDƏ BUDDANIN ABİDƏSİ UCALDILDI

BƏƏ-də Buddanın heykəli peyda olub. Birləşmiş Ərəb Əmirliklərinin iki ən böyük şəhəri olan Dubay və Əbu-Dabini birləşdirən E11 yolunda Buddanın...

Bağla