BU RAMAZANDA TÜRKİYƏDƏ MƏSCİDDƏ TƏRAVİH NAMAZI QILINMAYACAQ – VİDEO

0

“Apardığımız məsləhətləşmələr nəticəsində təravih namazlarının evdə qılınmasının daha uyğun olacağına qərar verdik.”

İslamveirfan.com xəbər verir ki, bu sözləri Türkiyənin dini komitəsi Diyanətin sədri Əli Erbaş “2021-ci il ramazana dair iclas”dan sonra açıqlamasında deyib.

“Aparılan hər tərəfli dəyərləndirmələr və başda Sahiyyə Nazirliyi olmaqla dövlət rəsmiləri ilə edilən məsləhətləşmələr nəticəsində bu şəraitdə təravih namazlarımızın məscidlərdə yox, evdə qılmağımızın daha müvafiq olduğuna qərar verdik. Əlbəttə çox istəyirdik ki, namazlar məsciddə qılınsın və təravih coşğusunu uşaqlarımızla birlikdə yaşayaq. Amma yoluxucu xəstəlik təhlükəsi, təravih namazının uzun müddət qapalı yerdə qılınması zərurəti və xəstəliyin əlamətinin o dəqiqə görülməməsi kimi səbəblərlə təravih namazlarımızı evdə qılacağıq. Bu cür açıqlama mənim üçün çətindir, amma sağlamlığın qeydinə qalmaq da çox önəmlidir.” – deyə Əli Erbaş bildirib.  

Diyanət sədri, pandemiyanın ölkədəki vəziyyətinə görə məsidlərdə təravih namazı qılmaq mümkün olarsa bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏUDİYYƏ ƏRƏBİSTAMI ÜMRƏ ÜÇÜN YENİ ŞƏRTLƏRİ AÇIQLADI

Səudiyyə Ərəbistanı Krallığı ötən həftə ramazan ümrəsi üçün zəvvarlarda tələb olunan şərtləri açıqlamışdı. Bu gün isə krallığın Həcc və Ümrə...

Bağla