“BUİLKİ MƏHƏRRƏM AYI XÜSUSİ ƏHƏMİYYƏT DAŞIYIR”

0

Builki Məhərrəm ayı xüsusi əhəmiyyət daşıyır. Suverenliyimiz tam bərpa olandan sonra birinci dəfədir ki, biz aşura mərasimi, həmçinin qanvermə aksiyası keçiririk.

Bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə söyləyib.

Aşuranın əhəmiyyətini diqqətə çatdıran şeyxülislam qeyd edib ki, Azərbaycan xalqı bu tarixi hadisədən dərs almalıdır. “Biz İmam Hüseyn məktəbindən dərs almalı, öz torpağımız, Vətənimiz yolunda can verməyə, qan tökməyə hazır olmalıyıq. Allah bizə elə bil xasiyyət verib ki, biz hər zaman bu kimi məsələlərdə Liderimizin başçılığı ilə bir olmağı bacarırıq”, – deyə QMİ sədri vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLAHİYYAT İNSTİTUTUNDA QANVERMƏ AKSİYASI KEÇİRİLİR

Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir. "Report" xəbər verir ki, aksiya iyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü...

Bağla