“Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, düşünüb ibrət alasınız!”. (əl-Əraf, 57)
Hesablamalar nəticəsində 50 km.2 lik bir ərazini 1 sm qalınlığında örtəcək yağışın ağırlığının yarım milyon ton olduğu müəyyənləşdirilmişdir. Bir yağış buludunun da 300000 ton ağırlığında ola biləcəyi ifadə edilir. Bu ağırlıqdakı buludların səmada qalması və ondan yağan yağış və qarın yer üzündəkilərə zərər verməməsi də ilahi rəhmətin bir təzahürüdür. Ancaq bəzən yağan dolu ilə qismən zərər dəyə bilir.
Bu ayeyi-kərimədə isə yağışın yaranma prosesi, dolu ilə şimşəyə və ikisi arasındakı əlaqəyə işarə edilir:
“Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər”. (ən-Nur, 43)
Səmanı tamaşaya davam etdiyimiz zaman təfəkkürümüzü ən çox məşğul edəcək iki böyük çıraqla qarşılaşırıq.
OSMAN NURİ TOPBAŞ
KAİNAT, QURAN və İNSAN, İPƏKYOLU NƏŞRİYYATI