Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdi.
İslamveirfan.com xəbər verir ki,bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” səhifəsində paylaşım edib.
Dövlət başçısı “Twitter” səhifəsində bu sözləri yazıb:
Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!