CƏMİYYƏTİN MEMARINI TANIYIRSINIZMI?

0

Sağlam bir cəmiyyət, yetişmiş ailələrdən; yetişmiş ailələr ağıllı və uzaqgörən valideynlərdən ibarətdir. Ailələr, tarixdəki toplumların ömürlərini və güclərini müəyyənləşdirən özül daşlarıdır. Böyük bir təşkilat olan ailələri isə, qabiliyyət və xüsusiyyətləri bir-birindən çox fərqli olan qadın və kişi təmsil edir.

Kişi, evini qoruyan “gücü” olarkən, qadın yuvanın zinəti olaraq boşluğu doldurur. Bir- birilərini tamamlamaları ilə Allah Təala, onlara yaradılmışların ən şərəflisi olan insanı, övladı əmanət edir.

Nəsillər boyu davam edəcək ailələri qoruyan qadın və kişi, göydələnləri saxlayan sütünlar qədər vacibdir. Belə ki, insanlıq, xarakter və əxlaqın önəmli hissəsi, yaradılışda var olan, nəsildən, soydan gəlir.

Bununla yanaşı uşaqların əxlaq və xarakterinin üçdə ikisi 0-6 yaş arasında, ana-atanı görərək, təqlid edilməsi ilə formalaşır. Yəhya ibn Muaz (r.a.)ın buyurduğu kimi: “Uşaqlar yeni hazırlanmış qəlib kimi ana-atalarının söz və davranışlarını, hafizələrinə, həmişəlik həkk edərlər” və həyatları boyunca bu davranışı fərqində olmadan təqlid edərlər.

Ailədə fərdlər, bir-biriləri ilə müqayisə olunmayacaq dərəcədə əhəmiyyətlidir. Kişilərin güc, qüvvət və şücaət simvolu olaraq gördüyümüz ailələrdə, yuvanın memarı zəif və gücsüz olan dişi quşa həvalə edilərək: “Yuvanı dişi quş qurar” deyilmişdir.

Bu söz qadını ürəkləndirməklə yanaşı, ailə və cəmiyyətdəki yerinin ülviliyini göstərən önəmli bir məqamdır. Bu gün yuvanı quran dişi quş, sabah cəmiyyəti, ertəsi gün isə dövləti quracaqdır. Yəni, insanın, cəmiyyətin və dövlətin gerçək memarı, görünməz qəhrəmanı “ana”dır. Cəmiyyətin və dövlətin memarı olan qadın, bir ana-atanın övladı, bir kişinin xanımı, uşaqların anası olmaqla yanaşı, hər şeydən əvvəl bir “insan”dır. Dünyada “Allahın xəlifəsi” olaraq məsuliyyətləri vardır. Ardından cəmiyyətdə qadın olaraq, evdə xanım olaraq, ana olaraq, qonşu olaraq yerinə yetirməli olduğu vəzifələr vardır.

Müsəlman qadının Rəbbinin qarşısındakı məsuliyyətləri

Müsəlman qadının əvvəlcə Rəbbinə, ruhlar aləmində: “Sən mənim Rəbbimsən, dünya həyatında Sənin əmr və qadağalarına uyğun yaşayacağam”, deyə verilmiş bir sözü vardır.

Bu sözünü canlı tutmaq və nəfsinə uymamaq üçün hər an Rəbbi ilə əlaqəsini bərkitməlidir. Qadın evdən başqa məsuliyyətinin olmadığı üçün, zamanını düzgün qiymətləndirməli, gərəksiz iş və sözlərdən qaçınmalıdır. Əsasən də evdə məsum görünən televizor, kompüter və internet qadın üçün ən böyük zaman oğrusudur. Bu səbəblə Peyğəmbərimiz (s.ə.s.)in məsləhəti ilə hər gün Qurani Kərim oxuyaraq Rəbbi ilə əlaqəsini qüvvətləndirməlidir. Peyğəmbərimiz (s.ə.s.) və əshabını hər zaman örnək almalıdır.

Özünə qarşı məsuliyyətləri

Malik olduğumuz bədənlər, bizə xidmət edən orqanlar, etdiyimiz hər cür davranışlar və işlətdiyimiz zaman, Allahın bizə təqdim etdiyi ömrün və dünya əmanətinin bir parçasıdır. Hətta hesab anında lehimizə ya da əleyhimizə şahidlik edən ən qüvvətli və yaxın şahidlərimizdir.

Bu səbəbdən müsəlman qadın, hər zaman bunların şüur və idrakı içində bədəninin baxımı və sağlığı başda olmaqla xeyirli işlər etməli, xüsusilə modernizmin qarışıq qida, lüks və konfortundan mühafizə edərək təbiətini pozmamağa diqqət göstərməlidir. Peyğəmbərimiz (s.ə.s.)in ümməti üçün qorxduğu, köklük və yuxuya məğlub olmadan “az yemək, az yatmaq, az danışmaq” pəhrizinə riayət etməlidir.

Peyğəmbər mirasından pay almaq üçün, elmlə zinətlənməyə, qəlbini dünyanın saxta və keçici bərbəzəyi ilə deyil, gerçək və əbədi cehizləri ilə hazırlanmalıdır. Unutmamalıdır ki, dünya sevgisi ilə dolu qəlblərə Həqiqi Sevgili, insanları özü üçün, əşyanı isə insana xidmət üçün var etmişdir.

Ana və atasına qarşı məsuliyyətləri

Bir gənc Peyğəmbərimiz (s.ə.s.)ə deyir:

“-Ya Rəsulallah, böyük bir günah işləmişəm, nə etməliyəm? Tövbəm qəbul olarmı?” deyə soruşur.

Peyğəmbərimiz (s.ə.s.):

“-Anan varmı?” buyurur. Gənc:

“Xeyr, yoxdur”, deyir. Peyğəmbərimiz (s.ə.s.) təkrar:

“Xalan varmı?”, deyə soruşur. Gənc:

“Bəli” dedikdə Peyğəmbərimiz (s.ə.s.):

“Elə isə ona yaxşılıq et. Xala ana məqamındadır” buyurur. (Tirmizi, Birr, 6)

Qurani Kərimin ifadəsinə görə, insanı “çətinliklərlə baxıb, böyüdən ana”ya ediləcək yaxşılıq, cənnəti qazanmaq üçün ən karlı saleh əməldir. Nə qədər çətində olsa, valideynə “of” belə demədən, gözəl bir üslubla xidmət etmək, həm dünyada, həm axirətdə böyük bir səadət vəsiləsidir.

Həyat yoldaşına qarşı vəzifələri

Allah Təala həyat yoldaşını “onlarda hüzur tapacağımız, sakitləşəcəyimiz” kimsələr olaraq tanıdır. (ər-Rum, 21) Qadın və kişi kimi bir birindən fərqli iki fitrət və kimliyin arasında məhəbbət və sükunət var etməsi, Allahın uca qüdrətinin əlamətlərindən biri olaraq qiymətləndirilir (ər-Rum, 21). Kişi zəyif və qorumasız olan qadının örtüsü, qadın isə çöldə yorulan kişinin sığınacağı limanı, hüzur və sükun qaynağıdır. Rəbbimizin, “Aranızdakı subayları evləndirin…” (ən-Nur, 32) buyurması, insan fitrətindəki bu zəruri ehtiyacın qarşılanması üçündür.

Bir Peyğəmbərimiz (s.ə.s.)ə bir qadın gəlmişdi. Peyğəmbərimiz (s.ə.s.) qadının sualını cavablandırdıqdan sonra:

“-Evlisənmi?” deyə soruşdu. Qadın:

“-Bəli”, dedi. Peyğəmbərimiz (s.ə.s.) daha sonra:

“Yoldaşınla aran necədir?” deyə soruşdu. Qadın:

“-Ona qarşı qüsur etmərəm. Əgər bu edə bilməyəcəyim bir işdirsə, bu istisnadır”, deyə cavab verdi.

Peyğəmbərimiz (s.ə.s.):

“Yoldaşına qarşı hərəkətlərinə diqqət et. Çünki o sənin həm cənnətin, həm də cəhənnəmindir”, buyurdu. (Əhməd bin Hənbəl, IV, 341; hakim, Müstədrək, II, 206)

Övladlarına qarşı vəzifələri

Uşaqlar, dünyada ana-ataya Allah Təalanın həm bir hədiyyə və lütfü, həm də onlara verdiyi bir əmanətidir. Ana-ata imkanları daxilində uşaqlarının maddi və mənəvi ehtiyaclarını qarşılamaq, qorumaq və təhsillərini təmin etməklə məsuldurlar. Hətta Rəbbimizin, “İnsanları və cinləri mənə ibadət etsinlər deyə yaratdım” buyurduğu kimi, onlara Rəbbini tanıtmaq və gözəl ibadət etmələrini öyrətmək üçün görəvləndirdiyi xidmətkarlardır (əz-Zariyat 56).  Lakin Hz.Əlinin (r.a.) bildirdiyi kimi, təhsilin: “uşaqlarla yeddi yaşına kimi oynayaraq, on beş yaşına qədər dost olaraq, on beş yaşından sonra isə məsləhətləşərək” olması gözəldir.

Hər şeyin maddiyatla ölçüldüyü günümüzdə, uşaqları gözəl bir məslək sahibi etmək və bahalı mobil telefon almaq vacib deyil. Əsas olan, onlara Rəblərini yaxşı tanıdıb sevdirmək, ünsiyyətlərini qüvvətli quraraq ibadətlərini ən gözəl şəkildə etmələri üçün istiqamətləndirməkdir. Unudulmamalıdır ki, “Ölüm və həyatın yaradılış məqsədi, kimin əməlinin daha gözəl olduğunu müəyyənləşdirməkdir” (əl-Mülk,2).

Cəmiyyətə qarşı vəzifələri

Müsəlman xanım ailədə olduğu qədər cəmiyyətdə də qiyafəti, əxlaqı, danışması və davranışı ilə ideal bir örnəkdir. Evdən çıxdığı andan etibarən hər hərəkəti, yolda yeriyişi, alış-verişi, insanlarla ünsiyyəti, kütləvi nəqliyyat vasitələrindən istifadəsi ətrafına verdiyi bir təbliğdir.

Müsəlman xanım həya sahibidir. Müsəlman xanım iffətli və qururludur. Müsəlman xanım yavaş asta danışar, səsini qaldırmaz, qiybət və zən başda olmaqla çirkin sözlərdən çəkinər. Müsəlman xanım səbirlidir, ətrafını sevindirər. Mərhəmət sahibidir, insanlara faydalı olar. Müsəlman xanım ona aid olmayan işlərə qarışmaz, onlarla vaxtını itirməz. Çünki bilir ki, cəmiyyətin nüvəsi olan insan, onun qucağından çıxar, onun əllərində böyüyər.

  Səhər Aydın

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏHƏRRƏM AYI

Haram edilən", qadağan edilən", müqəddəs olan", "hörmət göstərilən" mənalarındakı "Məhərrəm" sözü İslamdan əvvəl və İslamdan sonra savaşmağın, qan tökməyin haram...

Bağla