“Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ay yarım müddətə 29 illik xəyalı həqiqətə çevirdi”

0

“Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox ciddi bir mübarizə nəticəsində ay yarım müddətə 29 illik xəyalı həqiqətə çevirdi”.

Məlumata görə, Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisində büdcə məsələlərinin müzakirəsi zamanı Azərbaycanın Qarabağ zəfərindən danışaraq, bu qələbədən Türkiyənin də qürur hissi keçirdiyini deyib: “Hökumətimiz, Türkiyə Böyük Millət Məclisimiz, millətimizin hər bir fərdi Qarabağdakı bu tarixi zəfər münasibətilə azərbaycanlı qardaşlarımızı bir daha təbrik edir. Qarabağ Azərbaycandır və qiyamətə qədər də Azərbaycana məxsus olaraq qalacaq”.

N.Kurtulmuş onu da bildirib ki, Qarabağ məsələsində beynəlxalq ictimaiyyəti həm Azərbaycanın, həm də Türkiyənin əleyhinə yönəltmək istəyənlər bu cəhdlərini yenə davam etdirsələr də hər iki qardaş ölkə haqlı mübarizəsindən əl çəkmədi və heç zaman da bu yolundan dönməyəcək.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Ermənistan torpaqlarında gözümüz yoxdur”

“Ermənistan torpaqlarında gözümüz yoxdur. İndi bu normallaşma Ermənistan xalqına fayda gətirəcək. Bu səbəbdən ədalətli paylaşımın tərəfdarıyıq”. Yerli mətbuatların xəbərlərinə görə,...

Bağla