“Minsk Qrupunun həmsədri olan üç ölkə hardasa 30 ildir ki, bu məsələni həll edə bilmir. İşin bu nöqtəyə gələcəyi bəlli idi”
Bunu jurnalistlərlə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Ermənistan işğalçıdır. Ermənistanın işğalı, bilirsiniz, illərdir davam edir. Dağlıq Qarabağ işğal altındadır. Hazırda Ermənistan davamlı şəkildə Azərbaycanın yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar nəticəsində Azərbaycanda hazırda öz üzərinə düşən işi görərək torpaqlarının müdafiəsi, xalqın müdafiəsi yönündə addımlar atıb. Bu məsələdə Azərbaycanın yanındayıq. Qardaş Azərbaycana dəstəyimizi verəcəyik. Mən cənab İlham Əliyevlə danışıqları davam etdirirəm. Sonuncu dəfə dünən oradan bir heyət Türkiyəyə gəlib. Bizim bir sıra rəsmilərimizlə görüş keçiriblər. Mən də onlarla telefonla danışdım. Azərbaycanlıların Qafqaz mübarizəsində olduğu kimi bu gün də yanındayıq və yanında olacağıq”, – o əlavə edib.
Report.az